Rusiya prezidenti Vladimir Putin Belaruslu həmkarı Aleksandr Lukaşenko ilə yaxın zamanda görüş keçirməyi planlaşdırdığını açıqlayıb.
Trend “AİF.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya lideri Dövlət Dumasına keçən siyasi partiyaların liderləri ilə söhbət zamanı bildirib.
“Mən mütəmadi olaraq Aleksandr Qriqoryeviçlə görüşürəm və yaxın gələcəkdə yenidən görüşəcəyəm”, – V.Putin deyib.
Daha əvvəl Belarus dövlətinin başçısı Putinin oktyabr ayında Minskə gələcəyini bildirib. Onun sözlərinə əsasən, Rusiya prezidentinin MDB sammitinə səfəri razılaşdırılıb. Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Kreml rəhbərinin gələn ay Belarus paytaxtına səfər etmək niyyətini təsdiqləyib.