FHN Bakının mərkəzində güclü yanğın barədə xəbərləri təkzib etdi

Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında baş verdiyi iddia edilən yanğınla bağlı məlumatı təkzib etdi.

Bu barədə AzerTimes-a Bakının Nəsimi Rayon Yanğından Mühafizə İdarəsindən məlumat verilib.

Məlumata əsasən, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb.


Daha əvvəl bir sıra erməni KİV-ləri Bakının Heydər Əliyev Sarayında yanğının baş verməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayıb.

Teqlər: