Putin Krımı itirəcəyi ilə barışıb – Arestoviç

Putin Krımı itirəcəyi ilə barışıb – Arestoviç

Rusiya lideri Vladimir Putin artıq müvəqqəti olaraq işğal altında olan Krım yarımadası, yəni imperator “mirvarisi” ilə vidalaşıb. O bilir ki, Ukrayna ordusu əks-hücum əməliyyatına uyğun olaraq bu əraziyə kütləvi zərbələr endirməyi planlaşdırır.

Azar.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının keçmiş müşaviri Aleksey Arestoviç deyib.

“Əgər Krımın ilhaqının ildönümündə onu qorumaq üçün ictimai vədlər yoxdursa, bu o deməkdir ki, Putin sadəcə olaraq cavab vermək istəmir”, – Aretoviç bildirib.

O xatırladıb ki, Putin yarımadaya səfəri zamanı susqun olub və krımlıları müdafiəyə, Rusiya ordusunun “gücü” ilə təmin edəcəyinə, heç olmasa HIMARS MLRS-dən Krım körpüsünü qoruyacağına dair söz verməyib.

Arestoviçin sözlərinə görə, Rusiya ordusu müdafiəni fəal şəkildə gücləndirir və yarımadada səngərlər qazır:

“Bu, həm də Kremlin Krımın mümkün təsliminə boyun əydiyini göstərir. Gəlin bu zənciri yenidən quraq. Krım Putinin tacındakı mirvaridir. Bu, onun 22 illik hakimiyyətinin tacıdır, siyasətinin kvintessensiyasıdır. Və indi bu mirvari Putinin əlindən cərrahi maqqaşla çıxarılır və o da müqavimət göstərməyə belə cəhd etmir”.

Teqlər: