Güləşçimiz erməniyə məğlub oldu və… – Video

Güləşçimiz erməniyə məğlub oldu və… – Video

Azərbaycanın sərbəst güləşçisi Əbdüləli Şabanov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında erməni rəqibi Sergey Sərkisyana məğlub olub.

AzerTimes xəbər verir ki, bürünc medal uğrunda gedən mübarizədə idmançımız 5:8 hesabı Sərkisyana uduzub.

Mübarizədən sonra Şabanovun dərin məyusluğu kameraların obyektivindən yayınmayıb.

Qeyd edək ki, Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək Avropa çempionatında titulunu qoruyub və növbəti dəfə qitənin ən güclü komandası adına sahib çıxıb.

Belə ki, 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamız 140 xalla birinci yerdə qərarlaşıb.

Teqlər: