Putin Kadırovu təltif etdi

Putin Kadırovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu mükafatlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə Kadırov Teleqram kanalında yazıb.

Respublika başçısı bildirib ki, Putin onu regionun sosial-iqtisadi inkişafına verdiyi töhfəyə görə Aleksandr Nevski ordeni ilə təltif edib.

O bundan sonra da respublikanın rifahı naminə fədakarlıqla xidmət edəcəyinə söz verib:

“Mənim üçün Rusiya Prezidentindən mükafat almaq ən böyük şərəfdir. Mən Vladimir Vladimiroviç Putinə etimada və regionumuzun inkişafına göstərdiyi daimi diqqətə görə təşəkkür edirəm”.

Teqlər: