Putin iqtisadi məsələlərlə bağlı iclas keçirəcək

Rusiya prezidenti Vladimir Putin bu gün iqtisadi məsələlərlə
bağlı iclas keçirəcək.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.

O bildirib ki, iclasda baş nazir, Mərkəzi Bankın rəhbəri,
maliyyə naziri, “Sberbank”ın rəhbəri və digər şəxslər iştirak
edəcək.


Qeyd edək ki, Ukraynada keçirilən hərbi əməliyyatlarla əlaqədar
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar nəticəsində rublun dəyəri
kəskin ucuzlaşıb. Bu gün Rusiya Mərkəzi Bankı ölkədə uçot
dərəcəsini 9,5 faizdən 20 faizədək artırıb.