Putin ilk dəfə danışdı: Ərdoğanın azovçuları verməsi…

Putin ilk dəfə danışdı: Ərdoğanın azovçuları verməsi…

Türkiyə ilə Rusiya arasında “Azov” komandirlərinin Türkiyədə qalması ilə bağlı razılaşma vardı.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Azov”un 5 komandirinin Ukraynaya təhvil verilməsinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla münasibətlərə necə təsir göstərməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Razılaşmalar olub, başqa şərh olmayacaq”, – Putin vurğulayıb.

Qeyd edək ki, Ukrayna lideri Zelenski Türkiyədən səfərdən qayıdarkən “Azov”un 5 komandirini də özü ilə Kiyevə aparıb. Əsirlərin Rusiyadan azad edilməsi ilə bağlı qərara əsasən isə münaqişə başa çatana qədər “Azov” komandirləri Türkiyədə qalmalı idi.

Teqlər: