Putin hər gün 10 milyon dolları yandırır – Foto

Putin hər gün 10 milyon dolları yandırır – Foto

Rusiya Finlandiya ilə sərhəddə yerləşən “Rystad Energy” şirkətinin qaz emalı zavodunda hər gün təxminən 10 milyon dollarlıq qazı boş-boşuna yandırır.

AzerTimes xəbər verir ki, Almaniyanın Böyük Britaniyadakı səfiri “BBC Nyus”a açıqlamasında Rusiyanın qazı sata bilmədiyinə görə yandırdığını bildirib. Belə ki, bu qaz əvvəl Almaniyaya satılırmış.

Alimlər isə bu həcmdə qaz yanmasının havada karbon qazının həcmini artıracağından və Arktika buzlarının əriməsini sürətləndirə biləcəyindən narahatdırlar.

“Rystad Energy”nin təhlili göstərir ki, məşəldə hər gün təxminən 4,34 milyon kubmetr qaz yanır.

Teqlər: