Putin Ərdoğana tezliklə koronavirusdan sağalmağı arzulayıb

Rusiya prezidenti Vladimir Putin koronavirusa yoluxmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və xanımına şəfa diləyib və onların bu xəstəliyin öhdəsindən tezliklə gələ biləcəklərinə əmin olduğunu bildirib.

Trend xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında yerləşdirilən teleqramada vurğulanır.

“Hörmətli cənab Prezident, əziz dost, Sizə və xanımınıza səmimi dəstəyimi bildirmək istərdim. Əminəm ki, həyat enerjiniz və xoş əhval-ruhiyyəniz sizə ən qısa zamanda virusun öhdəsindən gəlməyə kömək edəcək. Hər ikinizə səmimi qəlbdən şəfa və uzun illər can sağlığı arzulayıram”, – məlumatda bildirilir.

Teqlər: