Putin Ər-Riyadda bu cür qarşılanmışdı, Bayden isə…

Putin Ər-Riyadda bu cür qarşılanmışdı, Bayden isə…

ABŞ Prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı daha əvvəl rusiyalı həmkarı Vladimir Putinə göstəriləndən daha az hörmət görüb.

AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Di Velt” (Die Welt) nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə xatırladılıb ki, 2017-ci ildə ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ər-Riyada səfərdə olarkən onu qılıncla rəqs edən rəqs qrupu qarşılayıb və ayrıca otelə yerləşdirib.

İki il sonra Putin 16 atlı kortejlə müşayiət edilib və Rusiya Prezidenti kral saraylarından birində qonaq edilib.
Bayden isə Ər-Riyadda adi bir mərasimlə qarşılanıb və ABŞ lideri üçün cəlbedici olmayan bir tədbir proqramı hazırlanıb.

“Rusiyanın Yaxın Şərqdəki nəzərəçarpan böyüməsi protokollarda da öz əksini tapır”, – məqalədə vurğulanıb.

Qeyd edilib ki, Putin və Baydenin qarşılanmasındakı fərq Ər-Riyad rəhbərliyinin iki ölkəyə münasibətinin və hazırkı münaqişədə hansı tərəfi dəstəklədiyinin göstəricisidir.

Teqlər: