Putin dünyanı qorxutmağa çalışır – Litva

Putin dünyanı qorxutmağa çalışır – Litva

Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə silahının yerləşdiriləcəyini elan etməklə Ukraynanı dəstəkləyən ölkələri qorxutmağa çalışır.

AzerTimes xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Arvidas Anuşauskas deyib.

“Rusiya Ukraynanın dəstəyi ilə Qərbin bəzi siyasətçilərini narazı salmaq və ya Ukraynanı dəstəkləyən ölkələri qorxutmaq üçün yeni addımlar atır. Onların arasında Putinin bu ilin iyuluna qədər Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı bəyanatı da var. Rusiyanın nüvə silahı ilə bağlı bəyanatına xüsusi reaksiya verilməməlidir”, – nazir bildirib.

Teqlər: