Putin dəhlizdən danışdı: Aktiv fazaya keçib!

Putin dəhlizdən danışdı: Aktiv fazaya keçib!

Ölkələrimizin məhsullarının Fars körfəzi və Hind okeanı sahillərindəki limanlara birbaşa çıxışını təmin edəcək ən böyük beynəlxalq Şimal-Cənub dəhlizinin layihəsi üzrə işlər aktiv fazaya daxil olub.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası zamanı deyib.

“Müstəqil Dövlətlər Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası kimi bir çox xarici dövlətlər və iri regional strukturlar bizim birliyimizlə (Aİİ – red.) maraqlanır.

Avrasiya İttifaqı yeni çağırışlar, o cümlədən bəzi ölkələrin tətbiq etdiyi sanksiya siyasəti və beynəlxalq ticarətin bir çox əsas təməllərinin dağıdılması ilə bağlı problemlər qarşısında öz effektivliyini göstərdi. Birlik ölkələri arasında nəqliyyat və logistika sahəsində tərəfdaşlıq ildən-ilə genişlənir. Qarşılıqlı yükdaşımaların həcmi yaxşı templə artır ki, bu da dövlətlərimiz arasında sərhəd-keçid məntəqələrinin əlavə inkişafı və imkanlarının artırılması əhəmiyyətli dərəcədə kömək etdi”, – Putin qeyd edib.

Teqlər: