Putin çeçen komandirə yüksək vəzifə verdi

Putin çeçen komandirə yüksək vəzifə verdi

Rusiya Prezidenti Vladimir Putin “Əhməd” xüsusi təyinatlı qüvvələrinin komandiri Aptı Alaudinovun Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilməsi haqqında fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, eyni fərmanla Alaudinov Rusiya Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandirinin müavini vəzifəsindən azad edilib.

Teqlər: