Putin bununla nə demək istədi? – Peskovun şərhi

Putin bununla nə demək istədi? – Peskovun şərhi

Rusiya bu baxımdan o qədər böyük potensiala malikdir ki! Hazırda onun yalnız kiçik bir hissəsi bu prosesdə iştirak edir.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Prezident Vladimir Putinin fraksiya rəhbərləri ilə görüşündəki çıxışına münasibət bildirərkən deyib.

“Dövlət başçısı sadəcə olaraq Qərb ölkələrindən, Kiyevdən eşidilən “Kiyev qələbəyə qədər döyüş meydanında olacaq” bəyanatlarına uyğun hərəkət etdi. Putin bununla xatırlatdı ki, potensiallar tamamilə müqayisəolunmazdır. Buna görə də qərblilərin belə bəyanatları sözün əsl mənasında absurddur və Ukrayna xalqının əzabını daha da artırır. Prezident Putinin də dünən dediyi bu idi”, – Peskov jurnalistlərə bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasının fraksiya rəhbərləri ilə görüşü zamanı Rusiyanın Ukraynada “hələ ciddi heç nəyə başlamadığını” bildirib.

Teqlər: