Rusiya Prezidenti Vladimir Putin Xersonun azad edilməsindən və ya Krım körpüsünün dağıdılmasından sonra hakimiyyətdən uzaqlaşdırılacaq.
AzerTimes xəbər verir ki, bunu politoloq Andrey Piontkovski deyib.
“Putin üçün siyasi fəlakət çox sadədir. Məhz iki hadisədən biri – Xersonun azad edilməsi və ya Krım körpüsünün dağıdılmasından sonra o, sadəcə olaraq, hakimiyyətdən uzaqlaşdırılır. Ertəsi gün “Qu gölü”nü yenidən eşidəcəyik və fasilə zamanı bizə məlumat veriləcək ki, yoldaş Putin Ukrayna məsələsində bir sıra ciddi səhvlərə yol verib və səhhəti ilə əlaqədar, yaşının çox olması səbəbindən artıq vəzifəsini yerinə yetirə bilmir”, – ekspert deyib.
Onun sözlərinə görə, bunun üçün hətta əlverişli tarix də var: oktyabrın 7-də Putinin 70 yaşı tamam olan gün.