Putin bu məsələdə səhv etdi – Stoltenberq

Putin bu məsələdə səhv etdi – Stoltenberq

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə haqsız müharibəni özü başladıb və özü də bunu dayandırıb hərbi qüvvələrini torpaqlardan çıxarmalıdır.

AzerTimes xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

“Rusiya 8 il əvvəl Krımı qanunsuz ələ keçirərək onu planetin ən hərbiləşdirilmiş ərazilərindən birinə çevirdi. Bu, altı ay əvvəl Ukraynaya başladılan genişmiqyaslı hücum üçün bir tramplin oldu. Putin düşünürdü ki, o, Ukrayna xalqını və onun silahlı qüvvələrini sındırıb demokratik xalqları parçalayaraq öz şərtlərini diktə edə bilər. Lakin o, bu məsələdə yanıldı”, – o bildirib.

Stoltenberq həmçinin vurğulayıb ki, NATO Ukrayna ilə tam həmrəydir. NATO üzvü olan ölkələr də Ukraynanın suverenliyini və bütövlüyünü, gələcəkdə öz yolunu seçmək hüququnu dəstəkləyirlər.

Teqlər: