Putin bu gün Lavrov və Şoyqunu qəbul edəcək

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya prezidenti Vladimir Putin gün ərzində xarici işlər naziri
Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.

Trend-in
məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri
Peskov deyib.

O, görüşlərin gündəliyi barədə ətraflı məlumat verməyib.


D.Peskov əlavə edib ki, bu həftənin sonunadək Belarus prezidenti
Aleksandr Lukaşenkonun Moskvaya səfəri planlaşdırılır.