Putin BRİKS-də şərtlərini elan etdi

Putin BRİKS-də şərtlərini elan etdi

İyulun 18-dən biz bu qondarma sövdələşməni (taxıl sazişi – red.) daha da uzatmaqdan imtina etdik. Biz ona qayıtmağa hazır olacağıq. Ancaq Rusiya qarşısında götürülən bütün öhdəliklər real yerinə yetirildiyi halda geri qayıtmaq mümkündür.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin BRİKS Biznes Forumunun iştirakçılarına video-müraciətində deyib.

“Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracının sanksiyalardan çıxarılması ilə bağlı qondarma sövdələşmənin şərtlərinin heç biri yerinə yetirilməyib. Bununla bağlı Rusiya qarşısında öhdəliklərə sadəcə olaraq məhəl qoyulmadı”, – o bildirib.

Putinin sözlərinə görə, Rusiya həm kommersiya əsasında, həm də ehtiyacı olan dövlətlərə təmənnasız yardım şəklində Ukrayna taxılını əvəz etməyə qadirdir:

“Bu il də əla məhsul gözlənilir. İlk addım olaraq, bu malların pulsuz çatdırılması da daxil olmaqla, altı Afrika ölkəsinə 25-50 min ton taxılın pulsuz göndərilməsinə qərar verdik. Tərəfdaşlarla danışıqlar başa çatmaq üzrədir”.

Teqlər: