Putin Berluskoni haqda: Əsl dost idi!

Putin Berluskoni haqda: Əsl dost idi!

İtaliyalı siyasətçi Silvio Berluskoninin vəfatı böyük itkidir. O, əvəzolunmaz idi.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İtaliya Prezidenti Sercio Mattarellayaya göndərdiyi teleqramda bildirib.

O, italyan siyasətçisinin vəfatı ilə əlaqədar başsağlığı verib və qeyd edib ki, İtaliyanın yaxın tarixinin ən mühüm hadisələri Berluskoninin adı ilə bağlıdır.

Putinin sözlərinə görə, Berluskoni onun üçün əsl dost olub:

“Mən həmişə onun müdrikliyinə, ən çətin situasiyalarda belə məlumatlı, uzaqgörən qərarlar qəbul etmə qabiliyyətinə səmimi heyran olmuşam. Hər görüşümüzdə o, inanılmaz canlılığı, nikbinliyi və yumor hissi ilə sözün əsl mənasında məni valeh edirdi. Onun vəfatı böyük itkidir”.

Teqlər: