Putin: Belarus pilotlara nüvə təlimi…

Putin: Belarus pilotlara nüvə təlimi…

Rusiya Prezidenti Vladimir Putin Belarus ordusunun xüsusi nüvə başlığı ilə təchiz edilmiş təyyarələrinin ekipajlarına təlim keçiriləcəyinin mümkünlüyünü bildirib.

AzerTimes xəbər verir ki, bu barədə Kreml rəhbəri Belarus lideri Aleksandr Lukaşenko ilə görüşündən sonra mətbuat konfransında deyib.

“Belarusun xüsusi nüvə başlığı ilə təchiz edilmiş təyyarələrinin ekipajlarına təlim keçirilməsi ilə bağlı Lukaşenkonun təklifinin davam etdirilməsini və icrasını mümkün hesab edirəm. Vurğulardım ki, bu əməkdaşlıq forması bizim ixtiramız deyil. Məsələn, ABŞ onilliklərdir ki, NATO çərçivəsində müttəfiqləri ilə oxşar fəaliyyətlər həyata keçirir”, – Putin bildirib.

O, həmçinin Belarusu Rusiyanın “udma” planlarını təkzib edib:

“Rusiyanın heç kimi özünə cəlb etmək marağı yoxdur, bunda sadəcə olaraq məqsədəuyğunluq yoxdur”.

Teqlər: