Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım…

Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım…

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ilə telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunlarını nəzərə alaraq BƏƏ Prezidenti Məhəmməd bin Zayed əl-Nəhyan ilə telefon danışığı aparıb.

Fələstin-İsrail münaqişəsi zonasında davam edən hərbi qarşıdurma fonunda Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsi üçün addımlar nəzərdən keçirilib. Rusiya və BƏƏ-nin Fələstin probleminin məlum beynəlxalq hüquqi əsaslarla uzunmüddətli və ədalətli həllinə nail olmaq üçün tezliklə atəşkəs və siyasi prosesin bərpası lehinə prinsipial mövqeyi təsdiq edilib”, – məlumatda qeyd olunub.

Teqlər: