Putin BƏƏ liderinə qiyamdan danışdı

Putin BƏƏ liderinə qiyamdan danışdı

Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyanla telefon danışığı aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin 24 iyunda ölkəsində baş vermiş üsyan cəhdi ilə bağlı vəliəhdə məlumat verib.

Bildirilib ki, BƏƏ lideri baş verənlərlə bağlı kifayət qədər məlumat əldə edərək Rusiya rəhbərliyinin hərəkətlərini tam dəstəklədiyini bəyan edib.

Qeyd edək ki, telefon söhbəti BƏƏ tərəfinin təşəbbüsü ilə baş tutub.

Teqlər: