Putin Baxmutun işğalına görə “Vaqner”i təbrik etdi

Putin Baxmutun işğalına görə “Vaqner”i təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin “Vaqner”i Baxmutun tam işğalı ilə bağlı təbrik edib.

AzerTimes xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Putin Baxmut əməliyyatının başa çatması ilə əlaqədar “Vaqner”i, Rusiya Silahlı Qüvvələri bölmələrinin bütün hərbçilərini təbrik edib.

Döyüşdə fərqlənənlərin hamısının dövlət mükafatları ilə təltif olunacağı vurğulanıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Baxmutun tam şəkildə ələ keçirildiyini bəyan edib.

Teqlər: