Putin Azərbaycanın dostunu təltif etdi

Putin Azərbaycanın dostunu təltif etdi

Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya Federasiyası Prezidentinin Fəxri Diplomu ilə təltif edilib.

AzerTimes xəbər verir ki, təqdimat mərasimi ötən gün baş tutub.

Qeyd edək ki, rusiyalı ekspertlər içərisində Korotçenko Cənubi Qafqazda baş verənləri izləyən və ədalətli qiymətləndirmə aparanlardan biridir. O, hər zaman, Rusiyanın mərkəzi kanallarındakı debatlarda da Azərbaycanın haqlı mövqeyini müdafiə edib və buna görə ermənilərin hədəfinə çevrilsə də, ədalətli yanaşmasını heç vaxt dəyişməyib. Beynəlxalq prinsiplərə, həqiqətə və ədalətə əsaslanmış cəsarətli çıxışlarına görə onu həm də “Azərbaycanın dostu” adlandırmaq olar.

Teqlər: