Rusiya Zaporojyedən qüvvələrini çıxardır

Rusiya Zaporojyedən qüvvələrini çıxardır

Rusiya Zaporojye vilayətinin işğal olunmuş ərazisindən ayrı-ayrı bölmələrini çıxarır. Paralel olaraq şəxsi heyəti təxliyə etməyə hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Pologi və İnjenernıda rus raşistləri yerləşdikləri evləri tərk edirlər. İşğalçılar yolboyu Ukraynada dinc sakinlərdən oğurladıqları əmlakları da aparırlar. Burçakda isə işğal administrasiyası qəsəbədən “könüllü təxliyə” adlandırılan əhalinin siyahıyaalınmasını aparır”, – məlumatda qeyd olunub.

Teqlər: