Putin Aşqabadda Əliyevlə görüşəcək

Putin Aşqabadda Əliyevlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Aşqabadda Xəzər Sammitində iştirakı çərçivəsində Türkmənistan, Azərbaycan və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək.

AzerTimes xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Uşakovun sözlərinə görə, iyunun 29-da Xəzər sammitinin keçiriləcəyi gün Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədovun 65 yaşı tamam olacaq:

“Putin Türkmənistan parlamentinin yuxarı palatasının sədri Qurbanqulu Berdiməhəmmədovla görüşəcək və onu yubileyi münasibətilə şəxsən təbrik edəcək”.

Teqlər: