Putin andiçmə mərasmininə bu avtomobillə gələcək – Video

Putin andiçmə mərasmininə bu avtomobillə gələcək – Video

Rusiya Prezidenti Vladimir Putin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcək.

AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının efirində nümayiş etdirilib.

Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi – optika, radiator barmaqlığı, qabaq bamper, kapot dəyişdirilib. Qanadlar da dəyişib.

Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Xatırladaq ki, Rusiya Federasiyasının seçilmiş prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də Kremldə keçiriləcək.

Teqlər: