Putin ABŞ-ın yaratdığı yeni bloka qarşı çıxdı

Putin ABŞ-ın yaratdığı yeni bloka qarşı çıxdı

Asiya ölkələri ilə yeni blokların yaradılması çox zərərli və təhlükəli addımdır və bu, Atlantik regionundan uğursuz blok-düşüncə sistemini Asiyaya köçürmək cəhdidir.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Asiyadakı yeni birliyi haqda deyib.

“Asiyada yeni blokların yaradılmasına gəlincə, məncə, bu, Atlantik regionundan uğursuz blok-düşüncə sistemini Asiyaya köçürmək cəhdidir. Şübhəsiz ki, bu, zərərli bir təşəbbüsdür. Bu, yenə də kiməsə qarşı kiminləsə dost olmaqdır. Hazırki vəziyyətdə Çinə qarşı dost olmaq… Biz bunu canlandırmaq və ya Asiya-Sakit okean regionunda Atlantikada baş verənləri yenidən yaratmaq cəhdini nəinki dəstəkləmirik, həm də inanırıq ki, bu çox zərərli və təhlükəli işdir”, – deyə Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

Teqlər: