Puqaçova İsraili də tərk etdi

Puqaçova İsraili də tərk etdi

Rusiyalı müğənni Alla Puqaçova uşaqları ilə birlikdə İsraili tərk edib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Puqaçova övladları Liza və Harri ilə birlikdə İsraili tərk edib:

“Ölkədəki təlatümlü vəziyyətə görə o, uşaqları ilə birlikdə Kipr pasportlarından istifadə etmək qərarına gəlib. Sənətçi 2017-ci ildə orada villaya sahib olduqdan sonra Kipr vətəndaşlığını da alıb”.

Qeyd edək ki, Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra ailəsi ilə birlikdə İsrailə köçmüşdü.

Xatırladaq ki, bir müddət öncə Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin tezliklə Avropa ölkələrinə qastrol səfərinə getmək niyyətində olduğunu açıqlamışdı.

Teqlər: