Puqaçova İsrailə geri döndü

Puqaçova İsrailə geri döndü

Rusiyalı məşhur müğənni Alla Puqaçova artıq İsrailə geri dönüb.

AzerTimes xəbər verir ki, bu barədə sənətçinin köməkçisi Yelena Çuprakova məlumat yayıb.

Y.Çuprakovanın sözlərinə görə, Puqaçova yaxın dostu Valentin Yudaşkinin dəfn mərasiminin ertəsi günü (mayın 7-də red.) İsrailə qayıdıb.

Qeyd edək ki, sənətçinin Rusiyaya qayıtması müzakirələrə səbəb olub. Həmçinin, dəfn zamanı Kremlin mətbuat katibi Dmitri Peskovun Puqaçovaya yaxınlaşaraq əlindən öpməsi etirazlara səbəb olmuşdu.

Teqlər: