Pulsuz “Wi-Fi”lərə qoşulmaq təhlükəlidir?

İctimai iaşə obyektlərində, parklarda və digər kütləvi toplaşma
yerlərində pulsuz təklif edilən “Wi-Fi” şəbəkələri insanların
məlumatlarını ələ keçirməyə çalışan xakerlərə fürsət yaradır.
Təhlükəsizlik tərəfdən bu məsələnin kafe və digər bu kimi
obyektləri işlədən üçün böyük bir əhəmiyyəti yoxdur. Onun düşündüyü
əsas məsələ pulsuz və fasiləsiz “Wi-Fi” ilə müştəri cəlb etmək.

İctimai yerlərdə smartfon, planşet və ya noutbuk kimi
cihazlardan istifadə özü ilə müxtəlif problemlər gətirir. Cihazlar
daim pulsuz “Wi-Fi” şəbəkəsinə qoşulan zaman təəssüf ki, çox
hallarda risklər nəzərə alınmır.

Nəyə diqqət edilməlidir?

1) Antivirus proqramlarından istifadə edin. İstifadəçilərə
məxsus bütün cihazlarda şübhəli fəaliyyətlərin fərqinə varmaq,
dayandırmaq və bildirmək üçün antivirusdan istifadə etmək vacibdir.
Arxa planda davamlı olaraq işləyəcək bu cür proqramlar müntəzəm
skanlarla təhdidlərə qarşı müasir müdafiə vasitələri yaradaraq
istifadəçiləri qoruyur.

2) Ayıq-sayıq olun. Xakerlərin hazırladıqları saxta “wifi”
şəbəkələri orijinal wifi şəbəkələrini təqlid edərək insanları
düzgün şəbəkəyə qoşulmağdan yayındırır.

Bu zərərli şəbəkələrin hədəfinə çevrilməmək üçün rəsmi şəxsə
müraciət edərək, mövcud məkanda wifi korporativ şəbəkə adının
təsdiqlənməsi tövsiyə olunur. Şəbəkənin düzgün olduğuna əmin
olsanız belə, fayl paylaşma funksiyasını söndürmək ehtiyyat tədbiri
kimi qəbul edilə bilər. Şəbəkə adının yanındakı kilid işarəsini
yoxlamaq da faydalıdır ki, bu da qoşulmuş şəbəkənin təhlükəsiz
olduğunu göstərir.

3) Ya şübhə ilə yanaşın pulsuz “wifi”-dan istifadə edin ya öz
şəxsi mobil internetinizdən istifadə edin. Pulsuz şəbəkə bağlantısı
ilə edilənlərin başqaları tərəfindən görülə biləcəyini nəzərə
almaq, hücum ehtimalına qarşı üstünlük yaradır. Bu səbəbdən şəxsi
e-poçtları oxumaq, bankçılıq və ya onlayn alış-veriş kimi məqsədlər
üçün istifadə etmək əvəzinə xəbər oxumaq və musiqi dinləmək kimi
fəaliyyətlər üçün ictimai şəbəkələrə üstünlük vermək xakerləri
uzaqlaşdıra bilər.

Pulsuz “wifi” şəbəkələri ilə həssas əməliyyatlar həyata
keçirməkdə israr edən istifadəçilər “http” əvəzinə “ssl”
sertifikatlı “https” uzantısı olan saytlara daxil olmalıdırlar. O,
həmçinin daha yüksək səviyyəli təhlükəsizlik vəd edir, çünki
istifadəçilər ictimai şəbəkələrə daxil olmaq əvəzinə öz cihazları
vasitəsilə qaynar nöqtəyə çıxış təmin edirlər.

4) “VPN” istifadə edin. “Vpn” adlanan virtual özəl şəbəkələr,
istifadəçilərin onlayn şəxsiyyətini gizlətdikləri üçün pulsuz
şəbəkələrə daha təhlükəsiz marşrut təklif edir. Bu şəbəkələr
cihazların “ip” ünvanını dəyişdirərək öz real yerlərini gizlədir və
insanların internetdə anonim hərəkət etməsinə şərait yaradır.

5) Qeyd edək ki, şəbəkəyə diqqət yetirməkdən başqa ehtiyat
tədbirləri də var. Şəbəkələrlə birbaşa əlaqəli tədbirlərdən başqa,
görülə biləcək bir çox tədbirlər var. İstifadəçilər kompüterlərində
və ya telefonlarında bir şey baş verdikdə, mütəmadi olaraq vacib
məlumatlarının ehtiyat nüsxəsini çıxarır, hücum zamanı itirildikdə
problemin şiddətini azaldır. Bu ehtiyat nüsxələri üçün bulud əsaslı
xidmətlər və ya flash disklər istifadə edilə bilər.

Bundan əlavə, saytlarda yaradılmış akkauntlara daxil olmaq üçün
kiçik və böyük hərflərin, rəqəmlərin və simvolların birləşməsindən
ibarət güclü parolların müəyyən edilməsi və mümkün olduqda iki
faktorlu autentifikasiyanın tətbiqi hakerlərin məlumat əldə
etməsini çətinləşdirir. Nəhayət, əməliyyat sisteminin müntəzəm
yeniləmələrini yükləmək, əgər avtomatik deyilsə, kiberhücumçuların
sıza biləcəyi təhlükəsizlik boşluqlarını bağlayır.

Teqlər: