Puerto-Rikoda yeni “Dünya gözəli” seçilib

Puerto-Rikoda 70-ci “Dünya gözəli” müsabiqəsi başa çatıb.

Trend-in
məlumatına görə, ikiillik fasilədən sonra keçirilmiş müsabiqədə
polşalı Karolina Belyavskaya qalib gəlib.

İkinci yerdə amerikalı Şri Sayni, üçüncü yerdə Kot-d’İvuarlı
Oliviya Yaçe qərarlaşıb.

Qeyd edək ki, sonuncu dəfə gözəllik müsabiqəsi 2019-cu ildə baş
tutmuşdu.

Builki müsabiqədə 97 ölkədə nümayəndə iştirak edib ki, bu da son
19 ildə ən aşağı göstərici olub.

Teqlər: