Puerto-Riko məktəbləri bağlanır

Puerto-Riko məktəbləri bağlanır

Puerto-Riko iqtisadiyyatında olan böhran səbəbindən 184 dövlətə məxsus məktəb bağlanacaq.

Bu qərarı ölkənin təhsil departamentinin rəhbəri Yolanda Rosali bəyan edib.

Onun sözlərinə görə, mayın sonunadək təxminən 27 min şagird digər təhsil ocaqlarına köçürüləcək. Puerto-Rikoda 1292 məktəb fəaliyyət göstərir, ümumilikdə məktəblərdə 365 min şagird təhsil alır.

Qeyd edək ki, ölkənin dövlət borcu 70 milyard dollar dəyərində qiymətləndirilir.