Puerto-Riko yaxınlığında qayıq batıb, 11 nəfər ölüb

Puerto-Riko sularında, Deseçeo adası yaxınlığında qayığın
batması nəticəsində azı 11 nəfər ölüb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “El Nuevo Día” qəzeti xəbər verib.

Qeyd olunub ki, 31 nəfər xilas olunub, onlardan 11-i hazırda
xəstəxanadadır. Sahil Mühafizəsi gəmidəkilərin axtarışını davam
etdirir, dəqiq sayı barədə məlumat verilməyib.