“Publika.az” ilin ən yaxşısı seçildi

“Publika.az” ilin ən yaxşısı seçildi

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AİPS EUROPE-UEPS) üzvü və Azərbaycanda rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.

AzerTimes xəbər verir ki, ilin qaliblərin siyahısında “Publika.az” da olub. İctimai-siyasi saytlar üzrə ilin idman saytı seçilib.

AİJA idman mükafatları – 2023

İlin idman xadimi – Asif Əsgərov (“Qarabağ” FK-nın baş meneceri)

İlin idmançısı

Kişilər

1. Həsrət Cəfərov (yunan-Roma güləşi)

2. Zelim Kotsoyev (cüdo)

3. Nicat Abbasov (şahmat)

Qadınlar

1. İrina Zaretska (karate)

2. Gültac Məmmədəliyeva (cüdo)

3. Zöhrə Ağamirova (bədii gimnastika)

İlin klubu

Kişi – “Qarabağ” Futbol Klubu

Qadın – “Neftçi” 3X3 Basketbol Klub

İlin komandası

Kişi – yunan-Roma güləşi üzrə yığma komanda

Qadın – şahmat üzrə Azərbaycan yığma komandası

İlin futbol məşqçisi – Qurban Qurbanov (“Qarabağ” FK)

İlin futbol kəşfi – Azər Bağırov (“Araz-Naxçıvan” FK)

İlin idman məşqçisi – Rüstəm Alimli (cüdo)

İlin idman kəşfi – Xədicə Qədəşova (cüdo)

İlin futbol hakimi – Əliyar Ağayev

İlin idman hakimi – Nazim Umbayev (cüdo)

İlin idman həkimi – Ramil Vəliyev (cüdo)

İlin idman hüquqşünası – Elcan Həsənli

İlin idman federasiyası – Azərbaycan Güləş Federasiyası

İlin idman layihəsi – “Qızlara ağ yaraşır” (Azərbaycan Cüdo Federasiyası)

İlin idman jurnalisti

Televiziya üzrə – Rəvan Mahmudzadə (CBC Sport)

Qəzetlər üzrə – Kənan Ağəliyev (Futbol+)

İdman saytları üzrə – Anar Xanlarov (Rekord.az)

İctimai-siyasi saytlar üzrə – Təbriz Quliyev (Report.az)

Xarici dilli media üzrə – Sahib Əsədbəyli (Azerisport.com)

İlin televiziya aparıcısı

Kişi – Nurlan Hacıyev (İdman TV)

Qadın – Fəridə Abdulla (İctimai TV)

İlin idman şərhçisi – Sənan Əliyev (basketbol)

İlin fotoreportyoru – Ehtiram Cəbiyev (Report.az)

İlin informasiya agentliyi – AzərTAC

İlin telekanalı – İctimai TV

İlin qəzeti – Futbol+

İlin saytı

İdman saytları üzrə – Offsideplus.az

İctimai-siyasi saytlar üzrə – Publika.az

Teqlər: