PUA-larımızla hər yerdə – Azərbaycanda, Qarabağda varıq – Ərdoğan

Bak. Orxan Nəbiyev – Trend:

Türkiyə özünün pilotsuz uçuş aparatları (PUA) ilə hər yerdə mövcudluğunu qoruyur.

Trend-in məlumatına görə, bunu bu gün İstanbulda parkın açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə öz gücünü və etibarını diplomatiyadan hərb sahəsində geniş sahədə dosta və düşmənə qəbul etdirdi.

“PUA-larımızla hər yerdə varıq. Liviyada varıq, Azərbaycanda varıq, Qarabağda varıq. Suriyada terrorla mübarizə aparırıq” – deyə, Prezident vurğulayıb.

Teqlər: