Fransanın PSJ futbol klubu avqustun 10-na keçən gecə üçün Eyfel qülləsini icarəyə götürüb.
AzerTimes-ın “Lance”a istinadən verdiyi məlumata görə, Eyfel qülləsinin argentinalı futbolçu Lionel Messinin təqdimatı üçün icarəyə götürüldüyü ehtimal edilir.
Qeyd edək ki, 2017-ci ildə PSJ Neymarın təqdimatını Eyfel qülləsində keçirmişdi.