Pakistanda yol qəzası zamanı partlayış olub, 10 nəfər öüb

Pakistanın Pencab əyalətində yük maşını minik avtomobili ilə toqquşub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, Qucranvala şəhərində baş verən yol qəzası zamanı minik avtomobilində olan qaz balonu partlayıb.

Məlumata əsasən, hadisə nəticəsində 10 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Bildirilir ki, yaralıların vəziyyəti ağırdır.