PSJ Lionel Messi ilə müqaviə imzalamaq istəyir

Fransanın “Pari Sen-Jermen” futbol klubu Argentina millisinin hücumçusu Lionel Messiyə müqavilə təklif edib.

AzerTimes-ın məlumatına görə, bu barədə AS xəbər verib.

L.Messinin İspaniyanın “Barselona” komandası ilə müqaviləsi bitdiyindən iyulun 1-dən argentinalı futbolçu sərbəst agent olub. Hələki futbolçu bütün diqqətini Amerika Kubokuna yönəldib.

Turnirdən sonra “PSJ” 34 yaşlı hücumçu ilə aktiv danışıqlara başlayacağına ümid edir.

Teqlər: