Prospektdə qəza olub, tıxac var

Xəbər - Samir Əli – Trend:

Bakıda yolda baş verən yol nəqliyyat hadisəsi tıxaca səbəb olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.

Məlumatda bildirilir ki, hazırda Z.Bünyadov prospekti Ə.Rəcəbli küçəsilə kəsişməsində hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində tıxac müşahidə edilir.


Bununla əlaqədar həmin hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaranıb.

Tıxac yol nəqliyyat hadisəsi səbəbindən yaranıb.

Teqlər: