![Prokurorluqdan Sumqayıtdakı partlayışla bağlı açıqlama Prokurorluqdan Sumqayıtdakı partlayışla bağlı açıqlama](https://azertimes.az/wp-content/uploads/prokurorluqdan-sumqayitdaki-partlayisla-bagli-aciqlama-300x186.jpg)
![](https://azertimes.az/wp-content/uploads/prokurorluqdan-sumqayitdaki-partlayisla-bagli-aciqlama.jpg)
Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.
İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.