Prokurorluq Xətai rayonunda baş verən qətlin təfərrüatlarını açıqlayıb

Martın 13-ü saat 01 radələrində Xətai rayonu ərazisində 1988-ci
il təvəllüdlü Orxan Seyidovun üzərində zorakılıq əlamətləri olan
meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Xətai Rayon Prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Pərviz
Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə
zamanı Orxan Seyidova çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən
öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Pərviz Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam
etdirilir.

Teqlər: