Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başladı

Xəbər - Samir Əli – Trend:

Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə. 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.


Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: