Prokurorluq Suraxanıdakı qətllə bağlı məlumat yayıb

Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində
1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il
təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında
yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil
Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Hazırda istintaq davam edir.

Teqlər: