Baş Prokurorluqda vakant bir sıra dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 13-ü saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalında dövlət qulluğu üzrə müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Müsahibəyə təqdim edilmiş vakant vəzifələr barədə linkindən məlumat əldə etmək mümkündür.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Müsahibə ilə bağlı ətraflı məlumatı Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsində yer alıb.