Arvadını öldürən 70 yaşlı kişi həbs edildi

Arvadını öldürən 70 yaşlı kişi həbs edildi

Ağcabədidə arvadını öldürməkdə təqsirləndirilən 70 yaşlı kişi həbs edilib

Bu barədə AzerTimes-a cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Belə ki, Ağcabədi rayonu ərazisində 1955-ci il təvəllüdlü Dəstəgül Mehtiyevanın qəsdən öldürülməsi faktına görə zərərçəkmişin əri 1953-cü il təvəllüdlü Əliyar Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə Ağcabədi Rayon Prokurorluğunda ibtidai istintaq davam etdirilir.

Teqlər: