Prokurorluq hərbi cinayətlərlə bağlı məlumat yaydı

Prokurorluq hərbi cinayətlərlə bağlı məlumat yaydı

Ötən ay Azərbaycanda hərbi xidmət əleyhinə cinayətlər 51,1 faiz azalıb.

AzerTimes xəbər verir ki, bu barədə Hərbi Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.

Bildirilib ki, görülmüş işlərin, eləcə də Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə görülmüş tədbirlər nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınmış cinayətlər ümumilikdə 22,2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalıb.

Teqlər: