Aprelin 30-da prokurorluq əməkdaşları tərəfindən ümummilli lider
Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə
ağacəkmə aksiyası keçirilib.
Ekoloji mühitin və yaşıllıqların mühafizəsi ilə əlaqədar
paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsində təşkil edilən
aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron
yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda
yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqət cəlb
etməkdir.
Prokurorluq əməkdaşlarının keçirdiyi ağacəkmə aksiyasına
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İctimai Birliyi
yaxından dəstək göstərib.
Tədbirdə 1000-ə yaxın şam və zeytun ağacları əkilmiş, eyni
zamanda həmin ərazidə ötən illərdə əkilmiş ağaclara aqrotexniki
qulluq göstərilib və təmizlik-abadlıq işləri aparılıb.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.