Kürdəmirdə polis əməliyyat keçirib, sakinlərdən silah və narkotik götürülüb (FOTO)

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi
istiqamətində əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzerTimes-a verilən məlumata görə, şöbə
əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində
qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən rayon sakini Rauf
İslamov saxlanılıb. Ona məxsus çay evinə keçirilən baxış zamanı
oradan bir ədəd atəşə yararlı “Revolver” tipli tapança, bir ədəd
pnevmatik silah və bir ədəd daraq aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat
tədbiri nəticəsində isə narkotik vasitələrin qanunsuz dövriyyəsi
ilə məşğul olan Kürdəmir rayonu Muradxan kənd sakini Ramiz
Abdullayev saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə “patı” və
“şüşə” adlanan psixotrop maddə metamfetamin, idarə etdiyi nəqliyyat
vasitəsindən isə heroin və marixuana, eləcə də bir ədəd elektron
tərəzi aşkar edilib.

Faktlarla bağlı hər iki şəxs barəsində Kürdəmir RPŞ-də
araşdırmalar davam etdirilir.

Teqlər: