Prokurorlar Assosiasiyasının konfransı Bakıda keçiriləcək

Prokurorlar Assosiasiyasının konfransı Bakıda keçiriləcək

Bu il Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransı keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib, 2024-cü ildə beynəlxalq əməkdaşlıq çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin 2024-cü ilin 27 sentyabr – 02 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Teqlər: